• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sahil qəsəbəsində uçqun baş verib - Ölən var

    24

    dek

    Sahil qəsəbəsində uçqun baş verib - Ölən var

    Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub.

    Ekologiya.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış vətəndaş - 1989-cu il təvəllüdlü Babayev Bəhruz Əbülfət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    Tarix : 24-12-2024, 09:20 | Oxunub: 1 496