Cəlilabad şəhərindəki "Göl" hotelində yanğın olub.Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb oteldə baş verən yanğın söndürülüb.Bu barədə Ekologiya.az-a Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, rayon ərazisində fəaliyyət göstərməyən ikimərtəbəli hotelin 2-ci mərtbəsində bir otaqda yanğın qeydə alınıb:"Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb".Faktla bağlı araşdırma aparılır.