Cəlilabad şəhərindəki "Göl" hotelində yanğın olub.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb oteldə baş verən yanğın söndürülüb.

Bu barədə Ekologiya.az-a Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində fəaliyyət göstərməyən ikimərtəbəli hotelin 2-ci mərtbəsində bir otaqda yanğın qeydə alınıb:

"Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb".

Faktla bağlı araşdırma aparılır.