Skuter sürən yeniyetmələrə lüləsi və qundağı kəsilmiş ov tüfəngi ilə atəş açan Tomsk sakini məhkəmə qarşısına çıxacaq.
Ekologiya.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, 2024-cü ilin oktyabrında Tomsk sakini yaşadığı mənzildə spirtli içki qəbul edib. O, həyətdə skuter sürən uşaqların səs-küy saldığını eşidib. Həmin şəxs qanunsuz saxladığı mişarlanmış ov tüfəngini çıxarıb və oğlanlardan birinə atəş açıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, təqsirləndirilən şəxsin mənzilinə baxış zamanı tapançadan əlavə tüstüsüz barıt da aşkarlanıb. İstintaq materialları mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim edilib.