• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Günəşdə güclü partlayışlar baş verib

    25

    dek

    Günəşdə güclü partlayışlar baş verib

    Günəşdə M sinfinə aid beş partlayış qeydə alınıb.

    Ekologiya.az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (IPG) məlumat verilib.

    Bildirilib ki, gün ərzində ilk və ən güclü partlayış çərşənbə axşamına keçən gecə baş verib.

    "Dekabrın 24-də Bakı vaxtı ilə 04:19-da 3932 (S18E23) günəş ləkələri qrupunda rentgen diapazonunda on dəqiqə davam edən M4.7 partlayış qeydə alınıb", - məlumatda deyilir.

    Bundan əlavə, M1.0, M4.2 və iki M1.1 partlayışı da baş verib.

    Tarix : 25-12-2024, 12:15 | Oxunub: 1 056