Quru sərhədlər açılır? - "Qırmızı körpü"də SON VƏZİYYƏT
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” gömrük postunda 450 avtomobil növbə gözləyir.
Əksər sürücülər çox vaxt Gürcüstan tərəfində yaranan problemlərə görə gözləməli olduqlarını bildirirlər.
Dövlət Gömrük Komitəsindən də “Xəzər Xəbər”ə bildirildi ki, 450 TIR-ın keçidi günün tələblərinə uyğun sutka ərzində problemsiz təmin olunur. Hazırda bu rəqəm ümumi sistemdəki göstəricidir və sıxlıq hesab edilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.