• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Quru sərhədlər açılır? - "Qırmızı körpü"də SON VƏZİYYƏT

    25

    dek

    Quru sərhədlər açılır? - "Qırmızı körpü"də SON VƏZİYYƏT

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” gömrük postunda 450 avtomobil növbə gözləyir.

    Ekologiya.az Xəzər TV-yə istinadən bildirir ki, məlumata görə, Samur gömrük postunda 77, “Mazımqara”da 16, “Astara”da 73, “Biləsuvar” gömrük postunda isə 5 yük maşını var. “Xanoba” gömrük postunda isə gözləyən yük avtomobili yoxdur. Sıxlıq Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda yaşanır. Orada 450 avtomobil növbə gözləyir .

    Əksər sürücülər çox vaxt Gürcüstan tərəfində yaranan problemlərə görə gözləməli olduqlarını bildirirlər.

    Dövlət Gömrük Komitəsindən də “Xəzər Xəbər”ə bildirildi ki, 450 TIR-ın keçidi günün tələblərinə uyğun sutka ərzində problemsiz təmin olunur. Hazırda bu rəqəm ümumi sistemdəki göstəricidir və sıxlıq hesab edilmir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


    Tarix : 25-12-2024, 13:37 | Oxunub: 1 864