Paytaxtın Yasamal rayonunun Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, yanğın hadisəsi ilə əlaqədar olaraq Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Polis əməkdaşları hadisə yerinə cəlb ediliblər. Onlar hazırda hadisə yerini mühafizə edərək təhlükəsizlik tədbirləri görürlər.