• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alınıb - RƏSMİ

    27

    noy

    İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alınıb - RƏSMİ

    İsmayıllı rayonunun meşə ilə həmsərhəd qeyri-meşə fondu torpağında yanğın hadisəsi baş verib.

    Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

    Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb olunub.

    "Yanğınsöndürmə tədbirləri nəticəsində yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb”.

    Tarix : 27-11-2023, 08:20 | Oxunub: 1 796