Kosmosdan Milad "sürprizi": NASA "kosmik yeni il ağacı"nın görüntüsünü təqdim etdi
Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad ağacına bənzəyən və "kosmik şam" adlanan ulduz topasının yeni fotosu yayılıb.
Bildirilir ki, "kosmik şamda"kı ulduzların yaşı 1-5 milyon il arasındadır. Bu fakt onların yaşı təxminən 5 milyard il olan Günəşlə müqayisədə xeyli gənc olduğunu göstərir.
Qeyd edilir ki, Yerdən 2,5 min işıq ili məsafədə yerləşən "Milad ağacı"nın təsvirinin yaradılması üçün NASA-nın Alabamadakı rəsədxanasının məlumatlarından və Arizonadakı astrofotoqrafın teleskopundan alınan optik şəkillərdən istifadə edilib.
Paylaş:
Tam mətni oxu →