• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yerdən kənarda həyat var? – ABŞ alimi bu açıqlaması ilə təəccübləndirdi

    27

    dek

    Yerdən kənarda həyat var? – ABŞ alimi bu açıqlaması ilə təəccübləndirdi

    Müasir elm hələ də yerdən kənar fəaliyyətin, canlıların və texnologiyanın izlərini tapa bilməyib.

    Ekologiya.az xəbər verir ki, Roçester Universitetinin fizika və astronomiya professoru Adam Frank amerikalı bloqer Aleksey Fridmanla müsahibəsində deyib ki, yaxın onilliklərdə alimlər yerdənkənar sivilizasiyaların mümkün sayının adını çəkə biləcəklər.

    "Növbəti 10, 20, 30 ildə biz buna cavab verəcək məlumatlara malik olacağıq", - ekspert deyib.

    Onun sözlərinə görə, astronomlar müəyyən edilmiş müddətdə yerdənkənar həyat tapmaya bilərlər, lakin Yerə bənzər planetlərin tədqiqi onlara kainatda həyatın yayılma dərəcəsini qiymətləndirməyə imkan verəcək.

    "Əgər təbiətin sivilizasiyaya qarşı bir növ qərəzi yoxdursa, deməli, biz kosmik məkanda ilk insan deyilik", - alim vurğulayıb.

    Tarix : 27-12-2024, 13:01 | Oxunub: 1 528