• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu gün Günəş Yerə ən yaxın məsafədə olacaq

    04

    yan

    Bu gün Günəş Yerə ən yaxın məsafədə olacaq

    Yanvarın 4-də Yer sakinləri 2025-ci ildə ən böyük günəş diskini müşahidə edə biləcəklər, çünki Günəş Yerdən minimum məsafədə, başqa sözlə Yerə ən yaxın məsafədə olacaq.

    “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Moskva planetariumu” məlumat yayıb.

    “4 yanvar - Yer periheliondadır, Günəşdən ən yaxın məsafədədir, bu, bizə Günəşin ən böyük diskini 2025-ci ildə müşahidə etməyə imkan verəcək”, - məlumatda deyilib.

    Astronomlar bu il iki Ay və iki Günəş tutulmasının olacağını bildiriblər. Ay tutulmaları martın 14-də və sentyabrın 7-də, Günəş tutulması isə martın 29-da və sentyabrın 21-də müşahidə olunacaq.

    Yanvarın 16-da Marsı müşahidə etmək üçün ən yaxşı şərait olacaq. Mars Yerə ən əlverişli məsafədə yaxınlaşacaq ki, bu fenomen “Marsın qarşıdurması” adlanır.

    Tarix : 4-01-2025, 13:20 | Oxunub: 1 320