Ana səhifə›
XƏBƏRLƏR
›
Tovuzda ağır qəza: 1 ölü, 5 yaralı var
XƏBƏRLƏR
Tovuzda ağır qəza: 1 ölü, 5 yaralı var
Ekologiya
AMP
Tovuz rayonunda minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - 1962-ci il təvəllüdlü Hümbətov Rauf aldığı xəsarətdən dünyasını dəyişib.Qəza nəticəsində daha beş nəfər - 1974-cü il təvəllüdlü Nəsimi Abdıyev, 1994-cü il təvəllüdlü Ramiz Məmmədov, 1976-cı il təvəllüdlü Vasif Zeynalov, 2005-ci il təvəllüdlü Fatimə Məmmədova və 1989-cu il təvəllüdlü Mahir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır. (Report)