• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tovuzda ağır qəza: 1 ölü, 5 yaralı var

    29

    dek

    Tovuzda ağır qəza: 1 ölü, 5 yaralı var

    Tovuz rayonunda minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.

    İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - 1962-ci il təvəllüdlü Hümbətov Rauf aldığı xəsarətdən dünyasını dəyişib.

    Qəza nəticəsində daha beş nəfər - 1974-cü il təvəllüdlü Nəsimi Abdıyev, 1994-cü il təvəllüdlü Ramiz Məmmədov, 1976-cı il təvəllüdlü Vasif Zeynalov, 2005-ci il təvəllüdlü Fatimə Məmmədova və 1989-cu il təvəllüdlü Mahir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır. (Report)

    Tarix : 29-12-2024, 21:30 | Oxunub: 1 360