• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zaqatalada qar örtüyünün hündürülüyü 14 sm-ə çatıb - FAKTİKİ HAVA

    31

    dek

    Zaqatalada qar örtüyünün hündürülüyü 14 sm-ə çatıb - FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Bununla bağlı Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Dekabrın 31-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Əsasən Lənkəran-Astara zonasında intensiv xarakterli olub.

    Belə ki, düşən yağıntının miqdarı Astarada 44 mm, Lənkəranda 10 mm, Şamaxı, Oğuzda 5 mm, Neftçalada 4 mm, Qəbələ, Qobustan, Şəki, Xaçmaz, Altıağac, Cəlilabad, Sabirabad, Quba, Zaqatalada 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

    Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 14 sm, Qrızda 6 sm, Şahbuzda 5 sm, Qusarda 1 sm-dir.

    Sumqayıt, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qəbələ, Qobustan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-də 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

    Tarix : 31-12-2024, 13:29 | Oxunub: 1 392