• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

    12

    dek

    Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

    Dekabrın 12-si saat 16:00-a olan məlumatına əsasən Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağıb.

    Ekologiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Şamaxı, Göyçay, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 10-14 dərəcə isti, Aran rayonlarında 6-8 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə isti olub.

    Tarix : 12-12-2023, 16:27 | Oxunub: 2 038