• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 2025-ci ildə səmada baş verəcək ŞOK HADİSƏLƏR AÇIQLANDI

    02

    yan

    2025-ci ildə səmada baş verəcək ŞOK HADİSƏLƏR AÇIQLANDI

    Astronomiya həvəskarları üçün 2025-ci il unudulmaz göy hadisələri ilə doludur. Ayın dolunayları, Günəş və Ay tutulmaları, eləcə də müxtəlif meteor yağışları bu il izlənilə biləcək əsas səma fenomenləridir.

    Dolunay tarixləri və adları

    Hər bir dolunay öz xüsusi adı ilə yadda qalır. 2025-ci il ərzində aşağıdakı tarixlərdə bu təəccüblü mənzərələri izləmək mümkün olacaq:

    13 yanvar: Canavar Ayı

    12 fevral: Qar Ayı

    14 mart: Solucan Ayı

    12 aprel: Çəhrayı Ay

    12 may: Çiçək Ayı

    11 iyun: Çiyələk Ayı

    10 iyul: Maral Ayı

    9 avqust: Nərə Balığı Ayı

    7 sentyabr: Qarğıdalı Ayı

    6 oktyabr: Məhsul Ayı

    5 noyabr: Qunduz Ayı

    4 dekabr: Soyuq Ay

    Günəş və Ay tutulmaları

    2025-ci ildə iki qismən Günəş tutulması və iki tam Ay tutulması baş verəcək:

    Qismən Günəş tutulmaları:

    29 mart: Avropa, Asiya, Afrika və Amerikanın bəzi bölgələrində görünəcək.

    21 sentyabr: Avstraliya, Antarktika və Sakit Okean adalarında izləniləcək.

    Tam Ay tutulmaları:

    13-14 mart: Qərbi Avropa, Asiya, Avstraliya, Qərbi Afrika, Şimali və Cənubi Amerika ilə Antarktidada görünəcək.

    7-8 sentyabr: Avropa, Asiya, Avstraliya, Afrika, Cənubi Amerikanın şərqi, Alyaska və Antarktidada izləniləcək.

    Tam Ay tutulmaları zamanı Ay "Qanlı Ay" olaraq tanınan qırmızımtıl rəngə bürünəcək.

    Meteor yağışları

    2025-ci ildə dolunayın işığının daha az təsir edəcəyi gecələrdə parlaq meteor yağışları izlənilə bilər:

    3 yanvar: Kvadrantid

    21-22 aprel: Lirid

    3-4 may: Eta Akvarid

    12-13 avqust: Perseid

    8-9 oktyabr: Drakonid

    12-13 dekabr: Geminid

    Bu səma hadisələrini izləmək üçün teleskop və ya durbinlərinizi hazırlayın və tarixi təqviminizdə qeyd edin.

    2025 astronomiya həvəskarları üçün unikal bir il olacaq./BAKU.WS

    Tarix : 2-01-2025, 20:17 | Oxunub: 2 296