XƏBƏRLƏR
Astronomiya həvəskarları üçün 2025-ci il unudulmaz göy hadisələri ilə doludur. Ayın dolunayları, Günəş və Ay tutulmaları, eləcə də müxtəlif meteor yağışları bu il izlənilə biləcək əsas səma fenomenləridir.Dolunay tarixləri və adlarıHər bir dolunay öz xüsusi adı ilə yadda qalır. 2025-ci il ərzində aşağıdakı tarixlərdə bu təəccüblü mənzərələri izləmək mümkün olacaq:13 yanvar: Canavar Ayı12 fevral: Qar Ayı14 mart: Solucan Ayı12 aprel: Çəhrayı Ay12 may: Çiçək Ayı11 iyun: Çiyələk Ayı10 iyul: Maral Ayı9 avqust: Nərə Balığı Ayı7 sentyabr: Qarğıdalı Ayı6 oktyabr: Məhsul Ayı5 noyabr: Qunduz Ayı4 dekabr: Soyuq AyGünəş və Ay tutulmaları2025-ci ildə iki qismən Günəş tutulması və iki tam Ay tutulması baş verəcək:Qismən Günəş tutulmaları:29 mart: Avropa, Asiya, Afrika və Amerikanın bəzi bölgələrində görünəcək.21 sentyabr: Avstraliya, Antarktika və Sakit Okean adalarında izləniləcək.Tam Ay tutulmaları:13-14 mart: Qərbi Avropa, Asiya, Avstraliya, Qərbi Afrika, Şimali və Cənubi Amerika ilə Antarktidada görünəcək.7-8 sentyabr: Avropa, Asiya, Avstraliya, Afrika, Cənubi Amerikanın şərqi, Alyaska və Antarktidada izləniləcək.Tam Ay tutulmaları zamanı Ay "Qanlı Ay" olaraq tanınan qırmızımtıl rəngə bürünəcək. Meteor yağışları2025-ci ildə dolunayın işığının daha az təsir edəcəyi gecələrdə parlaq meteor yağışları izlənilə bilər:3 yanvar: Kvadrantid21-22 aprel: Lirid3-4 may: Eta Akvarid12-13 avqust: Perseid8-9 oktyabr: Drakonid12-13 dekabr: GeminidBu səma hadisələrini izləmək üçün teleskop və ya durbinlərinizi hazırlayın və tarixi təqviminizdə qeyd edin.2025 astronomiya həvəskarları üçün unikal bir il olacaq./BAKU.WS
Paylaş:
Tam mətni oxu →