• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatdı - FAKTİKİ HAVA

    05

    yan

    Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatdı - FAKTİKİ HAVA

    Yanvarın 5-i saat 17:30-a olan məlumata əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

    Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb

    Tarix : 5-01-2025, 18:09 | Oxunub: 1 384