• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu rayonlarda güclü külək əsib, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

    27

    noy

    Bu rayonlarda güclü külək əsib, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

    Noyabrın 27-si saat 15:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Şahdağda qar yağıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd edilib ki, şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuqmərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək güclənib.

    Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

    Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə, Naxçıvan MR-da 16-19 dərəcə, dağlıq rayonlarda 9-14 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.

    Tarix : 27-11-2023, 16:34 | Oxunub: 1 747