Ana səhifə›
XƏBƏRLƏR
›
Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb
XƏBƏRLƏR
Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb
Ekologiya
AMP
Kerç boğazında tankerlərin qəzaya uğramasından sonra baş verən mazut sızması nəticəsində 30-dan çox delfin cəsədi aşkarlanıb.“Report” xəbər verir ki, bu barədə delfinləri xilas edən elmi-ekoloji mərkəz “Delfa” özünün teleqram kanalında məlumat yayıb.Qeyd olunub ki, delfinlərin ölümü böyük ehtimalla mazut dağılması ilə əlaqədar olub.Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında güclü fırtına nəticəsində iki neft tankeri “Volqoneft-212” və “Volqoneft-239” batıb. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlərdən tökülən mazutun ümumi həcmi təxminən 3,8 min tona çatıb.