• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb

    06

    yan

    Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb

    Kerç boğazında tankerlərin qəzaya uğramasından sonra baş verən mazut sızması nəticəsində 30-dan çox delfin cəsədi aşkarlanıb.

    “Report” xəbər verir ki, bu barədə delfinləri xilas edən elmi-ekoloji mərkəz “Delfa” özünün teleqram kanalında məlumat yayıb.

    Qeyd olunub ki, delfinlərin ölümü böyük ehtimalla mazut dağılması ilə əlaqədar olub.

    Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında güclü fırtına nəticəsində iki neft tankeri “Volqoneft-212” və “Volqoneft-239” batıb. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlərdən tökülən mazutun ümumi həcmi təxminən 3,8 min tona çatıb.

    Tarix : 6-01-2025, 09:55 | Oxunub: 1 208