• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş prokuror Salyanda vətəndaşları qəbul edəcək

    06

    yan

    Baş prokuror Salyanda vətəndaşları qəbul edəcək

    Baş prokuror Kamran Əliyev yanvarın 10-da Salyanda vətəndaşları qəbul edəcək.

    Ekologiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Sözügedən tarixdə saat 10:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin qəbulu keçiriləcək.

    Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

    Tarix : 6-01-2025, 15:04 | Oxunub: 1 208