• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş prokuror Salyanda vətəndaşları qəbul edib - FOTO

    10

    yan

    Baş prokuror Salyanda vətəndaşları qəbul edib - FOTO

    Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon, Şirvan şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

    Bu barədə Ekologiya.az-a Baş Prokurorluqdan məlumat verilib.

    Qeyd edilib ki, qəbulda iştirak edən 41 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

    Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib.

    Vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.



    Tarix : 10-01-2025, 18:25 | Oxunub: 1 536