• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dumana görə görünüş məhdudlaşdı - Faktiki hava

    11

    yan

    Dumana görə görünüş məhdudlaşdı - Faktiki hava

    Milli Hidrometeorologiya Xidmətinin yanvarın 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Binə, Pirallahı, Hacıqabul, Culfa, Şəmkir, Şamaxı, Şabran, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Cəfərxan, Sabirabad, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

    Tarix : 11-01-2025, 10:56 | Oxunub: 1 104