• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

    15

    yan

    Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

    Yanvarın 15-16-da istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.


    Bu barədə Ekologiya.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda qeyd edilib.

    Tarix : 15-01-2025, 16:27 | Oxunub: 2 496