• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda güclü YANĞIN - Xəsarət alan var

    19

    yan

    Sumqayıtda güclü YANĞIN - Xəsarət alan var

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

    Bu barədə Ekologiya.az-a FHN-dən bildirilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    İlkin məlumata görə, hadisə zamanı yanğınsöndürən Ağayev Bəxtiyar adlı şəxs xəsarət alıb. (Report)

    Tarix : 19-01-2025, 15:47 | Oxunub: 1 376