Ana səhifə›
XƏBƏRLƏR
›
Sumqayıtda güclü YANĞIN - Xəsarət alan var
XƏBƏRLƏR
Sumqayıtda güclü YANĞIN - Xəsarət alan var
Ekologiya
AMP
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.Bu barədə Ekologiya.az-a FHN-dən bildirilib.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.İlkin məlumata görə, hadisə zamanı yanğınsöndürən Ağayev Bəxtiyar adlı şəxs xəsarət alıb. (Report)