• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər -  FOTO

    20

    yan

    DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

    20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

    Ekologiya.az-ın məlumatına görə, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

    Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

    Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

    Tarix : 20-01-2025, 18:00 | Oxunub: 1 088