• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ABŞ ÜST-dən və Paris İqlim Sazişindən çıxdı

    21

    yan

    ABŞ ÜST-dən və Paris İqlim Sazişindən çıxdı

    Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayan kimi bir sıra fərman və sərəncamlar imzalayıb.

    Ekologiya.az xarici mediaya istinadən bildirir ki, Donald Trampın qərarına əsasən ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb.

    Vaşinqtonun təşkilatdan çıxmasına səbəb kimi ÜST-ün COVID-19 pandemiyası ilə bağlı qeyri-adekvat addımları, habelə ABŞ-dan haqsız olaraq ağır ödənişlər tələb edilməsi göstərilir.

    Donald Tramp həmçinin ABŞ-ın Paris İqlim Sazişindən çıxması prosedurunu rəsmi şəkildə başladan fərman imzalayıb.

    Yeni and içmiş prezident fərmana “Capitol One Arena”dakı çıxışından sonra tərəfdarlarının qarşısında imza atıb.

    Donald Tramp ilk prezidentliyi dövründə ABŞ-ı sözügedən sazişdən çıxarmışdı. Prezident Co Baydenin vəzifəyə başladığı ilk ildə ölkəsini yenidən sazişə daxil etmişdi.

    Tarix : 21-01-2025, 11:05 | Oxunub: 1 232