• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zərdab rayonu sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb - RƏSMİ

    21

    yan

    Zərdab rayonu sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb - RƏSMİ

    Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ekologiya.az verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd avtomat, həmin silaha məxsus patron darağı və 20 ədəd patron aşkarlanaraq götürülüb.


    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

    Tarix : 21-01-2025, 21:20 | Oxunub: 1 696