DETX çınqıl-qum qarışığının qanunsuz daşınmasının qarşısını alıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Vəlvələçay çayının Quba rayonunun inzibati ərazisindən keçən hissəsindən fiziki şəxs Naibə Yunusovaya və “Asko LTD” MMC-yə məxsus qum-çınqıl karxanaları tərəfindən ümumilikdə 1064 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.