Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Vəlvələçay çayının Quba rayonunun inzibati ərazisindən keçən hissəsindən fiziki şəxs Naibə Yunusovaya və “Asko LTD” MMC-yə məxsus qum-çınqıl karxanaları tərəfindən ümumilikdə 1064 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.  


Faktlarla bağlı müvafiq olaraq qum-çınqıl karxanalarının iş icraçıları Naib Yunusov və  Hüseyn Səmədov barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.Ekologiyaz.az