• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Binəqədidə məktəbin yaxınlığında sürü ilə İTLƏR DOLAŞIR

    24

    yan

    Binəqədidə məktəbin yaxınlığında sürü ilə İTLƏR DOLAŞIR

    Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin sakinləri ərazidə sürü ilə gəzən itlərdən şikayətçidirlər.

    Ekologiya.az İTV-yə istinadən xəbər verir ki, bu ərazidəki "Qaradağlı", "8 Mart", "Qoşabulaq" küçələrində sahibsiz itlər sürü ilə gəzdikləri üçün sakinlər narahatdırlar.

    Yaxınlıqda 313 nömrəli tam orta məktəb yerləşdiyindən itlər məktəbin yaxınlığında da dolaşır.

    Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən problemdən xəbərdardırlar və aidiyyəti qurumlarla əlaqə saxlayıblar. Müsbət cavab alınıb və problemin həlli üçün tədbirlər görüləcək.

    Ətraflı süjetdə:

    Tarix : 24-01-2025, 07:39 | Oxunub: 1 440