• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yaşayış binasının həyəti ÇÖKDÜ: Sakinlər təşviş içində - VİDEO

    20

    fev

    Yaşayış binasının həyəti ÇÖKDÜ: Sakinlər təşviş içində - VİDEO

    Sumqayıtda 20-ci məhəllə deyilən ərazidə yaşayış binasının həyəti çöküb.

    Ekologiya.az Xəzər TV-yə istinadən məlumat verir ki, yaxınlıqda yaşayan ailələr narahatdırlar.

    Sakinlər deyirlər ki, ərazidən iri kanalizasiya xətti keçir. 1949-cu ildən istifadədə olan kanalizasiya xətti istismar müddətini başa vurub. Bu səbəbdən həmin ərazidə iri çökmə baş verib.

    Sumqayıt Su Kanal İdarəsindən bildirilib ki, 20-ci məhəllə ərazisində baş verən çökmə hadisəsindən xəbərdardırlar. Sözügedən ünvanda 6 metr dərinlikdən iri kanalizasiya xətti keçir.

    Hətta orada yaşayan sakinlərlə bu barədə fərdi söhbətlər aparılıb və ərazi təhlükəli olduğu üçün lentlənib. Ancaq təmir-bərpa işlərinin aparılması üçün ərazinin genişlənməsinə və mövcud ağacların çıxarılmasına, eləcə də hasarların sökülməsinə ehtiyac yaranıb.

    "Buna görə? aidiyyəti qurumlara bu işlərin görülməsi, həmçinin ərazidə iri texnikaların çalışması üçün şəraitin yaradılması məqsədilə müvafiq müraciət ünvanlanıb. Problemin qısa vaxt ərzində aradan qaldırılması nəzərdə tutulub", - deyə idarədən qeyd edilib.

    Ətraflı süjetdə:

    Tarix : 20-02-2025, 09:45 | Oxunub: 1 664