• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tramp yanğınlardan zərər çəkmiş Kaliforniya sakinlərinə limitsiz su vəd edib

    25

    yan

    Tramp yanğınlardan zərər çəkmiş Kaliforniya sakinlərinə limitsiz su vəd edib

    ABŞ prezidenti Donald Tramp Los-Ancelesin yanğınlardan zərər çəkmiş bölgələrinə və quraqlıqdan əziyyət çəkən ərazilərinə su təchizatını artıracağını vəd edib.

    “Report” xəbər verir ki, o, bu barədə Kaliforniya sakinləri ilə görüşündə bildirib.

    “Bizdə bol su var. Qərb sahilindən, qismən də Kanadadan gələn limitsiz sudan danışırıq. Heç vaxt tükənməyəcək, çatışmazlıq olmayacaq. Qonşu regionlardan su təchizatının artırılması, həmçinin su anbarlarının tikintisi nəzərdə tutulur”, - Tramp qeyd edib.

    Tramp vurğulayıb ki, vilayətdə hidrantların böyük bir hissəsi işləmir və işləyənlərdə su təzyiqi aşağıdır. Bundan əlavə, evlərdəki yanğınsöndürmə sistemləri alovun öhdəsindən gələ bilməyib.

    Tarix : 25-01-2025, 14:53 | Oxunub: 1 200