• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zəlzələ ilə bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ - 7,5 bal gücündə və DAĞIDICI OLACAQ

    27

    yan

    Zəlzələ ilə bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ - 7,5 bal gücündə və DAĞIDICI OLACAQ

    Türkiyənin Bursa şəhərində 4 bal gücündə zəlzələ qeydə alınıb.

    Ekologiya.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, yeraltı təkanlar Nilüfer rayonunda, yer səthindən 10 km dərinlikdə baş verib. Zəlzələ İstanbul və digər yaxın bölgələrdə də hiss olunaraq, insanlarda narahatlığa səbəb olub.

    Hadisə qısa müddətlik panika yaratsa da, ciddi fəsadlar qeydə alınmayıb.

    Zəlzələ ilə bağlı açıqlama verən mütəxəssis Prof. Dr. Süleyman Pampal, Bursa bölgəsindəki fay xəttinin gələcəkdə daha güclü təkanlar törədə biləcəyini deyib. Onun sözlərinə görə, bu xətt 7,5 bal gücündə dağıdıcı zəlzələ yaratmaq potensialına malikdir.

    Ekspert həmçinin böyük təbii fəlakətlərə qarşı hazırlığın artırılmasının vacibliyini qeyd edib.

    Tarix : 27-01-2025, 17:56 | Oxunub: 2 016