Ana səhifə›
XƏBƏRLƏR
›
Dağ-xizək kurortunda qaldırıcı kranın dayağı uçdu, xəsarət alanlar var
XƏBƏRLƏR
Dağ-xizək kurortunda qaldırıcı kranın dayağı uçdu, xəsarət alanlar var
Ekologiya
AMP
Qırğızıstanın Karakol şəhərindəki dağ-xizək bazasında qaldırıcı kranın dayağı (xizəkçilər və snoubordçuların daşınması üçün kanat sistemi) uçub.“Report” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.İssık-Kul vilayət xəstəxanasından bildirilib ki, təcili yardım maşını iki uşağı xəstəxanaya çatdırıb, hazırda həkimlər müayinə aparırlar.Vilayətin Daxili İşlər İdarəsindən hadisə ilə bağlı araşdırmaya başlanıldığını təsdiqləyiblər.Dağ-xizək bazasında üç kanat yolu var, digər ikisi fəaliyyətini davam etdirir.