• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dağ-xizək kurortunda qaldırıcı kranın dayağı uçdu, xəsarət alanlar var

    01

    fev

    Dağ-xizək kurortunda qaldırıcı kranın dayağı uçdu, xəsarət alanlar var

    Qırğızıstanın Karakol şəhərindəki dağ-xizək bazasında qaldırıcı kranın dayağı (xizəkçilər və snoubordçuların daşınması üçün kanat sistemi) uçub.

    “Report” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.

    İssık-Kul vilayət xəstəxanasından bildirilib ki, təcili yardım maşını iki uşağı xəstəxanaya çatdırıb, hazırda həkimlər müayinə aparırlar.

    Vilayətin Daxili İşlər İdarəsindən hadisə ilə bağlı araşdırmaya başlanıldığını təsdiqləyiblər.

    Dağ-xizək bazasında üç kanat yolu var, digər ikisi fəaliyyətini davam etdirir.

    Tarix : 1-02-2025, 15:51 | Oxunub: 848