Tam versiya
Ana səhifə XƏBƏRLƏR Yaponiyada güclü qar bir nəfərin ölümünə səbəb olub, çoxlu sayda xəsarət alanlar var
XƏBƏRLƏR

Yaponiyada güclü qar bir nəfərin ölümünə səbəb olub, çoxlu sayda xəsarət alanlar var

Yaponiyanın şimalında güclü qar nəticəsində azı bir nəfər ölüb, doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ekologiya.az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Xayasi bildirib.

O, yaşayış binalarına ziyan dəydiyini, 790-a yaxın evin işıqsız qaldığını vurğulayıb.

"38 sürətli yolda hərəkət dayandırılıb, 134 reys təxirə salınıb", - Y.Xayasi vurğulayıb.

Yosimasa Xayasi vətəndaşları açıq havada ehtiyatlı olmağa çağırıb.


Paylaş:
Tam mətni oxu →