• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yaponiyada güclü qar bir nəfərin ölümünə səbəb olub, çoxlu sayda xəsarət alanlar var

    06

    fev

    Yaponiyada güclü qar bir nəfərin ölümünə səbəb olub, çoxlu sayda xəsarət alanlar var

    Yaponiyanın şimalında güclü qar nəticəsində azı bir nəfər ölüb, doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    Ekologiya.az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Xayasi bildirib.

    O, yaşayış binalarına ziyan dəydiyini, 790-a yaxın evin işıqsız qaldığını vurğulayıb.

    "38 sürətli yolda hərəkət dayandırılıb, 134 reys təxirə salınıb", - Y.Xayasi vurğulayıb.

    Yosimasa Xayasi vətəndaşları açıq havada ehtiyatlı olmağa çağırıb.


    Tarix : 6-02-2025, 12:36 | Oxunub: 1 736