Ana səhifə›
XƏBƏRLƏR
›
Həbsxanada DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib, diri-diri YANDIRDILAR
XƏBƏRLƏR
Həbsxanada DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib, diri-diri YANDIRDILAR
Ekologiya
AMP
Konqo Demokratik Respublikasında Qoma şəhərindəki həbsxanadan qaçan kişilər 160-dan çox qadın məhbusa təcavüz edib, sonra isə onları diri-diri yandırıblar.Musavat.com xəbər verir ki, bubarədə “TheGuardian” qəzeti məlumat yayıb.Nəşr BMT-nin daxili sənədinə istinadən yazır ki, insident yanvarın 27-də Ruanda tərəfindən dəstəklənən M23 qrupunun üsyançıları şəhəri ələ keçirdikdən sonra baş verib.Məlumatda bildirilir ki, əksəriyyəti kişi olmaqla 4000-ə yaxın məhbus həbsxanadan qaçıb.BMT-nin Qoma şəhərindəki sülhməramlı missiyasının müavini Vivian van de Perre bildirib ki, qaçan məhbuslar qadınların olduğu bölməyə hücum ediblər və sonra həbsxananı yandırıblar. Zərər çəkən qadınların əksəriyyəti həyatını itirib.BMT-nin qiymətləndirməsinə görə, 165-167 qadın hücuma məruz qalıb. İnternetdə qaçan məhbusların Munzenze şəhərində tüstü ilə dolmuş həbsxana binasında görüntüləri yayılıb.2025-ci ilin yanvarının sonunda hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər gərginləşib, 2 mindən çox insan ölüb. BMT isə 900 nəfərin öldüyünü bildirir.