Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qazaxda və Bakıda qanunsuz əhəngdaşı hasilatı faktları aşkarlanıb, təbiətə 109 min manat ziyan vurulub
XƏBƏRLƏR

Qazaxda və Bakıda qanunsuz əhəngdaşı hasilatı faktları aşkarlanıb, təbiətə 109 min manat ziyan vurulub


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax rayonu və Bakı şəhəri ərazisində qanunsuz əhəngdaşı hasilatı faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, araşdırmalar zamanı Qazax rayonu ərazisindəki “Həcərli Qaya” əhəngdaşı yatağında “İncəli Kiçik Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri və paytaxtın Qaradağ rayonu ərazisindəki “Güzdək” əhəngdaşı yatağında naməlum şəxs(lər)in vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahəsini zəbt etmələri və qanunsuz hasilat aparmaları nəticəsində təbiətə 109 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Aşkarlanan qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Paylaş:
Tam mətni oxu →