• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

    13

    noy

    Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

    Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü gündüz cənub küləyinin sürətinin 15-18 metr/saniyə olacağı, arabir 20-23 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Noyabrın 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək güclənəcəyi proqnozlaşdırılır.
    Azərbaycanın rayonlarında noyabrın 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Dağlıq Şirvan) yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
    Noyabrın 14-ü axşam, noyabrın 15-i gecə və səhər qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-25 metr/saniyəyədək güclənəcəyi bildirilir

    Tarix : 13-11-2023, 17:16 | Oxunub: 348