• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dardanel boğazında yük gəmisi yandı: Hərəkət dayandırıldı

    26

    apr

    Dardanel boğazında yük gəmisi yandı: Hərəkət dayandırıldı

    Barbados bayrağı altında üzən “Ak Discovery” yük gəmisində Dardanel boğazından keçərkən yanğın baş verib.

    Türkiyə Sahil Mühafizəsi üzrə Baş İdarəsinin “X” hesabında verdiyi məlumata görə, boğazdan keçən nəqliyyatın hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

    “Dardanel boğazı ərazisində Misirdən Bolqarıstana doğru hərəkət edən 107 metrlik “Ak Discovery” yük gəmisinin maşın bölməsində yanğınla bağlı həyəcan siqnalı daxil olub. Gəminin olduğu yerə xilasetmə katerləri göndərilib və yanğının söndürülməsinə başlanılıb. Boğaz hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb”, - deyə idarədən bildirilib.

    Yük gəmisinin ekipajının təxliyə edildiyi qeyd edilir.

    Məlumata görə, bir nəfər yaralanıb.

    Tarix : 26-04-2024, 12:00 | Oxunub: 51