» » Respublikanın çaylarında mövcud vəziyyət
Fövqaladə Hallar

Respublikanın çaylarında mövcud vəziyyət

Respublikanın çaylarında mövcud vəziyyət


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara ərazisindən axan Lənkərançayda 22, Vəşarüçayda 10, Təngərüdçayda 58, Viləşçayda isə 18 sm artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla normanın 170 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla normanın 150-380 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Yanvarın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 122 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir.
Yanvarın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 25 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 37 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 54 m3/s təşkil etməklə ongünlük normanın 81 faizini təşkil edir.
Yanvarın 17-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 112 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 81 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 114 m3/s təşkil etməklə ongünlük normanın 83 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 412 sm təşkil edib. Bu rəqəm 2019-cu il yanvarın 17-də isə 428 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 247 sm qeydə alınıb. 2019-cu il yanvarın 17-də isə bu rəqəm 299 sm təşkil edib. Salyanda suyun səviyyəsi 3 sm azalaraq 204 sm olub. Məntəqədə suyun səviyyəsi 2019-cu ilin müvafiq dövründə 272 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 12 sm azalaraq 189 sm müşahidə olunub. Bu rəqəm 2019-cu il yanvarın 17-də isə 245 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 137 sm təşkil edib, lakin 2019-cu il yanvarın 17-də 149 sm qeydə alınıb.
Oxunub: 95