• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu 3 rayonda vəzifəli şəxslər və sahibkarlar cərimələnib - RƏSMİ

    16

    noy

    Bu 3 rayonda vəzifəli şəxslər və sahibkarlar cərimələnib - RƏSMİ

    Sanitar-gigiyena qaydalarının pozulmasına görə 3 rayonda bələdiyyə sədrləri və sahibkarlar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Şamaxı, Göyçay və Qəbələ rayonlarında ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi, eləcə də sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

    Rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Şamaxı rayonunun Çarhan, Qəbələnin Kürd kəndinlərində, o cümlədən Göyçay şəhəri ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

    Aşkar edilmiş faktlarla bağlı qeyd olunan kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

    Tarix : 16-11-2023, 15:41 | Oxunub: 318