• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • BMT rəsmisi Alessandra Roccasalvo Türk Dünyası II Meteorologiya Forumunda video-mesajla çıxış edib

    15

    noy

    BMT rəsmisi Alessandra Roccasalvo Türk Dünyası II Meteorologiya Forumunda video-mesajla çıxış edib

    BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi xanım Alessandra Roccasalvo Türk Dünyası II Meteorologiya Forumunda video-mesajla çıxış edib.

    Ekologiya.az-ın xəbərinə görə, xanım Alessandra Roccasalvo çıxışı zamanı, iqlim dəyişikliyinin təsirlərinin qlobal miqyasda - quraqlıqlar, buzlaqların əriməsi, dəniz səviyyəsinin qalxması, meşə yanğınları və mövsümi dəyişikliklərdə hiss olunduğunu, bu prosesin milyonlarla insana təsir etdiyini bildirib. 

    Azərbaycanda bu sahədə həyata keçirilən tədbirləri, COP28-də ölkə pavilyonu ilə iştirakını yüksək qiymətləndirdiyini vurğulayıb.

    Eyni zamanda qeyd edib ki, türk ölkələri arasında iqlim dəyişikliyinə uyğunlaşma və meteoroloji strategiyalar üzrə beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi regionda iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmada mühüm rol oynaya bilər. Çox sevindirici haldır ki, türk dövlətləri iqtisadi, mədəni və sosial məsələlərlə yanaşı, ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə diqqət yetirirlər. 

    Uğurlu adaptasiya tədbirləri, həm də regional və çoxtərəfli səviyyələrdə fəal və davamlı əməkdaşlıqdan asılıdır. Ekoloji problemlər dövlət sərhədlərini tanımır, bir ölkədə emissiyalar dünyanın bütün ölkələrinə təsir edir.

    Tarix : 15-11-2023, 13:10 | Oxunub: 705