• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması elan edildi - RƏSMİ

    15

    noy

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması elan edildi - RƏSMİ

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması elan edilib.

    Ekologiya.az bildirir ki, İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 (bir) nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elekton poçt ünvanı göstərilməklə) 13.12.2023-cü il tarixinədək aşağıda göstərilən sənədlərlə 
    birlikdə 📧 [email protected] ünvanına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, K.Kazımzadə küç., 100 A) poçt vasitəsilə
     təqdim edə bilərlər:

    Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
    Namizədin tərcümeyi-halı;
    Namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olması barədə təsdiqedici sənədin surəti;
    Namizədin müvafiq sahədə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti;
    Vətəndaş cəmiyyəti institutu tərəfindən ərizəyə namizəd barədə geniş məlumat verən digər sənədlər əlavə oluna bilər.

    Bundan əlavə namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq bütün vətəndaş cəmiyyəti institutları seçkinin keçirilməsi məqsədilə təşkil ediləcək ümumi yığıncaqda iştirak etməsi üçün təmsilçisinin  məlumatlarını təqdim edə bilərlər.

    Tarix : 15-11-2023, 19:26 | Oxunub: 816