• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ölkədə də güclü meşə yanğını baş verdi

    28

    iyn

    Bu ölkədə də güclü meşə yanğını baş verdi

    Bosniya və Herseqovinanın Lyubuşki şəhəri ətrafında güclü meşə yanğını baş verib.

    AZƏRTAC xəbər verir ki, əraziyə dərhal mülki müdafiə qüvvələri və yanğınsöndürənlər göndərilib. Yanğının qismən söndürüldüyü, lakin tüstünün hələ də ətraf ərazilərdən göründüyü bildirilib.

    Qərbi Herseqovina Kantonunun Mülki Müdafiə İdarəsinin məlumatına görə, yanğın sürətlə yayılaraq geniş ərazini əhatə edib. Yanğın yaxınlıqdakı yaşayış məntəqələri və biznes binaları üçün təhlükə yaradıb.

    Əraziyə digər bölgələrdən də yanğınsöndürənlər cəlb olunub.

    Tarix : Dünən, 19:59 | Oxunub: 96